Cümə, 17 May

“Azərbaycan erməniləri Qarabağdan deportasiya etməyə çalışır" - Paşinyan 

image

Paşinyan hökumətin bügünkü iclasında çıxış edib.

Xəbər verilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bu gün keçirilən iclasında Azərbaycana qarşı fikirlər səsləndirib. O, Bakını “erməniləri Qarabağdan deportasiya etməyə çalışmaqda” ittiham edib.

“Bakı bütün erməniləri Qarabağdan deportasiya etməyə çalışır. Azərbaycan Ermənistan və Qarabağa qarşı hərbi hücuma haqq qazandırmaq siyasəti aparır. Azərbaycan Üçtərəfli Bəyanatı yanlış şərh edir.

Mən dəfələrlə sülh müqaviləsi bağlamağa hazır olduğum barədə danışmışam. Lakin Bakı beş təklifin cavabsız qaldığını bildirir. Ancaq mən bu məsələni ətraflı şərh etdim, bildirdim ki, Ermənistan tərəfi bu təkliflərə yazılı cavab verib və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi vasitəsilə Azərbaycana təhvil verib2, -deyə Paşinyan sərsəmləyib.

ATƏT-in Minsk Qrupu vasitəsilə İrəvan rəsmi Bakının sülh sazişinin bağlanması ilə bağlı beş bəndlik təklifinə yazılı cavab verib”, – deyə Paşinyan bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58